Əvvəlcə içlik hazırlanır: qaynar suya salınaraq qabığı çıxarılmış badam ləpəsi qurudulur, azca qovrulur və ləpəçəkən maşından keçirilir, ona şəkər tozu, üyüdülmüş hil qarışdırılır.
Kərə yağı, xama və soda qarışdırılır, üzərinə yumurta əlavə edilir. 15-20 dəqiqə çalındıqdan sonra alınan köpüklü kütləyə ələnmiş un əlavə edilir, yumşaq xəmir yoğrulur. 8 kündə tutulur və nazik yayılır. Xəmir laylarının arası yağlanmaqla dörd qat üst-üstə yığılır. Sonra 2-3 sm enində zolaq şəklində kəsilir. Zolaqlar rulet kimi burulur və onlardan kündə kimi istifadə olunur. Kündələr yastılanır və dairəvi şəkildə yayılır. Arasına içlik doldurulur, kənarları burma şəklində bükülür. 160-180 C temperaturda 20-25 dəqiqə sobada bişirilir.